- İngiltərə P.L.
- 01:28 05.09.2026
“Liverpul”un kapitanı Vircil van Deyk İngiltərə Premyer Liqasının III turunda “İpsviç Taun” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, Van Deyk komandanın oyundakı çıxışını və Qakponun performansını yüksək qiymətləndirib.
“Matçın əvvəlində bir qədər daha birbaşa oynayırdıq. Rəqibin meydanının son üçdəbirliyində təhlükə və qarışıqlıq yaratmağa çalışırdıq. Qollar çox yaxşı alındı. Kodi möhtəşəm idi. Əla qələbə qazandıq və yolumuza davam edirik.
Qakponun komandada qalması çox yaxşı oldu. Transfer pəncərəsi bağlanmazdan əvvəl də demişdim ki, o, bizim üçün vacib futbolçudur və bu mövsüm də əhəmiyyətli rol oynayacaq. Bu gün də öz dəyərini göstərdi. İndi isə eyni tempdə davam etməlidir”, – deyə van Deykin sözlərini BBC yayıb.
Qeyd edək ki, Mersisayd təmsilçisinin qələbəsində əsas pay sahibi Aleksander İsak olub. İsveçli hücumçu 6-cı və 9-cu dəqiqələrdə fərqlənərək dubl edib. Hər iki qolda məhsuldar ötürməni Kodi Qakpo verib.Andoni İraolanın rəhbərlik etdiyi “Bournemouth” üç turdan sonra 5 xal toplayıb.