21 oktyabr 2026. Çərşənbə

“Mançester Siti” “Koventri Siti”ni minimal hesabla məğlub etdi


“Mançester Siti” “Koventri Siti”ni minimal hesabla məğlub etdi

İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün 3-cü turunda “Mançester Siti” doğma meydanda “Koventri Siti” ilə qarşılaşıb.

90deqiqe.Az  xəbər verir ki,Mançesterdəki “Etihad” stadionunda keçirilən görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər. Qarşılaşmanın baş hakimi Pol Tirni olub.

Matçda yeganə qol 26-cı dəqiqədə Erlinq Holand tərəfindən vurulub.

Bu qələbədən sonra “Mançester Siti” 9 xalla turnir cədvəlinə başçılıq edir. “Koventri Siti” isə ilk üç turdan sonra xal toplaya bilməyib və 19-cu pillədə qərarlaşıb.

Növbəti turda “Mançester Siti” sentyabrın 13-də səfərdə “Mançester Yunayted”lə üz-üzə gələcək. Həmin gün “Koventri Siti” doğma meydanda “Brayton”u qəbul edəcək.







İngiltərə P.L.

Karrik Baleba və Santos barədə danışdı
  • İngiltərə P.L.
  • 01:03 19.10.2026
Karrik Baleba və Santos barədə danışdı
 “Çox iddialıyıq”
  • İngiltərə P.L.
  • 00:51 19.10.2026
“Çox iddialıyıq”
“Bu nəticəyə layiq deyildik”
  • İngiltərə P.L.
  • 23:12 18.10.2026
“Bu nəticəyə layiq deyildik”