- İngiltərə P.L.
- 08:27 06.09.2026
“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının III turunda “Koventri Siti” üzərində əldə etdikləri 1:0 hesablı qələbəni şərh edib.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis komandasının çətin qarşılaşmada üç xal qazanmasından məmnun olduğunu bildirib.
“Düzünü desəm, qələbəyə çox şadam. Bunun əsas səbəbi odur ki, belə oyunların 10-dan 9-da sonda qapınızda qol görürsünüz.
İlk hissədə hesab 1:0 idi, amma daha bir və ya iki qol vura bilərdik. Rəqibə qol şansı vermirdik. Hesab 2:0 olduqda isə oyun tamamilə dəyişir.
Oyunun sonunda birlikdə göstərdiyimiz mübarizə düzgün yanaşma idi. Aut atışları və standart vəziyyətlər zamanı müdafiədə düzgün oynadıq. Bütün qələbələr asan olmayacaq. Amma bizə belə qələbələr də lazımdır”, - deyə Mareskanın sözlərini “Mançester Siti”nin rəsmi saytı yayıb.