- İngiltərə P.L.
- 09:29 06.09.2026
“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasının III turunda “Nottingem Forest” ilə qolsuz heç-heçəni (0:0) şərh edib.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis nəticədən məyus olduğunu, lakin komandasının oyunundan razı qaldığını bildirib.
“Nəticədən məyusam və üzülmüşəm, amma oyundan çox razıyam. İstəyirəm ki, komandamız belə ruh nümayiş etdirsin, bütün 90 dəqiqə ərzində özümüzə, gördüyümüz işə, komanda yoldaşlarımıza və kluba inanaq. Bu, düzgün yanaşmadır. Bundan artığını istəyə bilmərəm.
Bundan sonra, əlbəttə, oyunun keyfiyyətini artırmalıyıq. Problem nədədir? Problem meydanın son üçdəbirindədir. Amma bu, ustalığımızın çatışmaması ilə bağlı deyil. Bizim çox yaxşı futbolçularımız var. Bəli, düşünürəm ki, Ömər Marmuş 15 qol vurmaq potensialına malikdir. Matias Tel böyük gələcəyi olan futbolçudur. Mudrik də belədir. Savio isə yüksək səviyyəli digər oyunçudur.
Sonluqda qərarları daha effektiv verməli, meydanın son üçdəbirində soyuqqanlılığımızı qorumalı və optimal variantları seçməliyik. Son 10 dəqiqədə qapıya zərbələr endirdik, Robertson hücumlara qoşulurdu. Əgər epizodlardan birində Endryu topu qəbul etsəydi, Kudus ikinci dirəkdə təkbətək vəziyyətdə qol vura bilərdi.
Düşünürəm ki, yaxşı işləməliyik. Amma pozitiv köklənmişəm, çünki səfər oyununda məhz bu ruhu və mübarizəni görmək istəyirəm. Biz “Tottenhem”ik və bu klubda qalmaq haqqını hər gün qazanmalıyıq”, - deyə De Zerbinin sözlərini klubun rəsmi saytı yayıb.