6 sentyabr 2026. Bazar günü

“Saka bu mövsümə əla formada başlayıb”


 “Saka bu mövsümə əla formada başlayıb”

“Arsenal”ın  hücumameyilli yarımmüdafiəçisi Martin Edeqor komanda yoldaşı Bukayo Sakanın İngiltərə Premyer Liqasında bu mövsümkü çıxışı barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, norveçli bu barədə klubun mətbuat xidmətinə müsahibəsində bildirib.

 “Bukayonun yenidən qol vurduğunu görmək əla idi. Biz ondan məhz bunu istəyirik. Görünür, o, bu mövsümə əla formada başlayıb. Aydındır ki, ötən mövsüm zədələr səbəbindən problemləri var idi. Lakin indi o, böyük istək və bu mövsüm daha da yaxşı oynamaq əzmi ilə geri qayıdıb”

Qeyd edək ki, ikinci turun “Aston Villa” ilə son oyununda (1:0) ingiltərəli futbolçu komandasına qələbə qazandıran qolu vurub.

Əlavə edək ki, bu gün İngiltərə Premyer Liqasında “Arsenal” və “Çelsi” arasında London derbisi keçiriləcək.

Hər iki komanda APL-də mövsümün ilk iki oyununda qələbə qazanıb.







İngiltərə P.L.

 “Saka bu mövsümə əla formada başlayıb”
  • İngiltərə P.L.
  • 18:15 06.09.2026
“Saka bu mövsümə əla formada başlayıb”
“Bu mövsüm bizim üçün vacib olacaq”
  • İngiltərə P.L.
  • 01:28 05.09.2026
“Bu mövsüm bizim üçün vacib olacaq”
İsak “Liverpul”da rekord dubl etdi
  • İngiltərə P.L.
  • 23:46 04.09.2026
İsak “Liverpul”da rekord dubl etdi