22 oktyabr 2026. Cümə axşamı

“Everton” 90+6-cı dəqiqədə “Mançester Yunayted”in qələbəsini əldən aldı


“Everton” 90+6-cı dəqiqədə “Mançester Yunayted”in qələbəsini əldən aldı

İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün III turunda “Everton” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib.

90deqiqe.Az  xəbər verir ki, Liverpulda yerləşən “Hill Dickinson” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Matçın baş hakimi Lester şəhərindən olan Con Bruks olub.

Görüşdə hesabı 46-cı dəqiqədə “Mançester Yunayted”in hücumçusu Brayan Mbeumo açıb. 83-cü dəqiqədə Tayrik Corc “Everton”un bərabərlik qolunu vurub.

Qonaqlar 88-ci dəqiqədə Benyamin Şeşkonun qolu ilə yenidən önə keçiblər. Lakin qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə Eynsli Meytland-Nayls “Everton”a bərabərlik gətirən qola imza atıb.

Beləliklə, komandalar meydandan 2:2 hesablı heç-heçə ilə ayrılıblar.

Bu nəticədən sonra “Everton” 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 4 xalla 11-ci yerdədir.







İngiltərə P.L.