- İngiltərə P.L.
- 22:27 06.09.2026
“Arsenal”ın müdafiəçisi Ezri Konsa “Çelsi” üzərində qazanılan qələbədən sonra açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, Konsa matçdan sonra debütündən məmnun olduğunu bildirib:
“Buraya keçdiyim ilk gündən özümü evimdəki kimi hiss edirəm. Komandanın futbolçuları və klubun əməkdaşları mənə möhtəşəm münasibət göstəriblər. Debütümə görə çox xoşbəxtəm. Bilirəm ki, burada qapının toxunulmaz saxlanılmasına böyük əhəmiyyət verilir. Buna görə də qol buraxmağımız təəssüf doğurur. Lakin buna çox yaxşı reaksiya verdik.
Rocersə qarşı etdiyim sürüşmə müdaxiləsinə gəlincə, azarkeşləri ayağa qaldırdım. Əgər səhv etsəydim, hər şey çox pis nəticələnə bilərdi. Amma bu müdaxiləyə getmişdimsə, sona qədər davam etməli idim”.
Qeyd edək ki,İngiltərə çempionatının III turunda keçirilən qarşılaşma “topçular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Əlavə edək ki, Ezri Konsa ötən yay “Aston Villa”dan təxminən 60 milyon avro qarşılığında “Arsenal”a transfer olunub.
Hazırda “Arsenal” İngiltərə Premyer Liqasının turnir cədvəlində “Mançester Siti” ilə birlikdə liderdir. Hər iki komandanın hesabında 9 xal var.