- İngiltərə P.L.
- 23:52 06.09.2026
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandasının İngiltərə çempionatının III turunda “Everton”la heç-heçəsindən (2:2) sonra açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis komandasının mövsümə o qədər də pis başlamadığını və bu gün qələbəyə çox yaxın olduqlarını bildirib.
“Biz mövsümə o qədər də pis başlamamışıq. Bu gün üç xal qazanmağa çox yaxın idik. Futbol belədir. Elə epizodlar var ki, həmin anlarda daha yaxşı oynaya bilərdik. Amma hər şey qaydasında olacaq”, - deyə Karrik bildirib.
“Mançester Yunayted” qarşılaşmada iki dəfə hesabda önə keçib. Brayan Mbeumonun və Benyamin Şeşkonun qolları qonaqları qələbəyə yaxınlaşdırsa da, “Everton” matçın sonlarında hesabı bərabərləşdirib. Tayrik Corc və Eynsli Meytland-Nayls meydan sahiblərinin qollarına imza atıblar.
Karrik komandanın nəticədən məyus olduğunu da vurğulayıb:
“Biz çox məyusuq. Qələbəyə iki dəfə bu qədər yaxın olmaq üçün çox şey etdik. Sonda hər şeyin belə başa çatması çox xoşagəlməz hissdir. Demək olar ki, hər şey məğlubiyyət kimi qəbul olunur”.
“Bu, hazırda bir qədər klişe səslənə bilər, amma biz cəmi bir xal qazandıq. Bunu görməzdən gələ bilmərik. Lakin hisslərimizə görə daha çox xal toplamalı idik”, - deyə “Mançester Yunayted”in baş məşqçisi əlavə edib.
Qeyd edək ki, “Mançester Yunayted” 3 turdan sonra 4 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.