7 sentyabr 2026. Bazar ertəsi

“İlk dəqiqədən sonadək komandamızın mübarizəsini izləmək inanılmaz zövq idi”


“İlk dəqiqədən sonadək komandamızın mübarizəsini izləmək inanılmaz zövq idi”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının III turunda “Çelsi” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis komandasının oyuna reaksiyasından və göstərdiyi xarakterdən razı qaldığını bildirib.

“Qol buraxmağımız məni çox məyus etdi. Bununla bağlı danışdıq. Rəqibin və həmçinin Morqan Rocersin epizodu dəqiq tamamlamasını qeyd etmək lazımdır. Amma bizim buna necə reaksiya verdiyimiz və necə oynadığımız möhtəşəm idi”, - deyə Arteta bildirib.

“İlk dəqiqədən sonadək komandamızın necə oynadığını və mübarizə apardığını izləmək böyük zövq idi. Futbolçularımız soyuqqanlılıq və xarakter nümayiş etdirdilər, daim təhlükə yaratdılar. Bir neçə futbolçumuz fərdi baxımdan da çox parlaq çıxış etdi”.

“Stadiondakı atmosfer inanılmaz idi. Bu, həqiqətən də xüsusi hisslər yaşatdı. Oyunumuzda daha bir səviyyəyə yüksəldik. Hücumda daha çox dinamika, təhlükə, məqsədyönlülük və aqressivlik nümayiş etdirdik. Bu gün bunların hamısını gördünüz”.

“Arsenal”ın bu oyunla rəqiblərinə ciddi mesaj verdiyini düşünüb-düşünmədiyi barədə suala Arteta belə cavab verib:

“Bəli. Bu qarşılaşma həqiqətən çox xoşuma gəldi. Açığı, komandamızın ilk dəqiqədən sonadək necə oynadığını və mübarizə apardığını izləmək inanılmaz zövq idi”.

Qeyd edək ki, “Arsenal” 3 turdan sonra 9 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Eyni xala malik “Mançester Siti” liderdir.







İngiltərə P.L.

 “Hər şey məğlubiyyət kimi hiss olunur”
  • İngiltərə P.L.
  • 23:52 06.09.2026
“Hər şey məğlubiyyət kimi hiss olunur”
 “Debütümdən çox məmnunam”
  • İngiltərə P.L.
  • 22:27 06.09.2026
“Debütümdən çox məmnunam”
 “Saka bu mövsümə əla formada başlayıb”
  • İngiltərə P.L.
  • 18:15 06.09.2026
“Saka bu mövsümə əla formada başlayıb”