21 mart 2026. Şənbə

Liverpul'la döyüşə gedirsiniz, ancaq tuneldə dayanıb, öpüşürsünüz - Roy Kin


Liverpul'la döyüşə gedirsiniz, ancaq tuneldə dayanıb, öpüşürsünüz - Roy Kin

"Mançester Yunayted"in sabiq futbolçusu Roy Kin keçmiş komandasının Premyer Liqanın 9-cu turunda “Liverpul”la oyunu (1:1) haqda danışıb.

Corner.az xəbər verir ki, o, "Daily Mail"ə açıqlamasında "Mançester Yunayted" futbolçularını tənqid edib:


“Onlar mənə iyrənc gəldilər. “Liverpul”la döyüşə gedirsiniz, ancaq tuneldə dayanıb, onlarla qucaqlaşıb, öpüşürsünüz. Bu, döyüş deyil! Axı siz onlara qarşı döyüşə gedirsiniz.

Futbol çox dəyişməyib, ancaq oyunçular artıq fərqlidir. Onlara qarşı döyüşə gedirsən, ancaq həmin adamlarla öpüşürsən. Oyundan əvvəl yox, sonra söhbət edin və ya ümumiyyətlə, danışmayın”.

Qeyd edək ki, 1993-2005-ci illərdə "MY"də çıxış edən irlandiyalı veteran yarımmüdafiəçi uzun müddət komandanın kapitanı olub.(qol)







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər