- İngiltərə P.L.
- 23:45 07.09.2026
Alvaro Arbeloa 2025/2026 mövsümünün sonunda “Real Madrid”də baş məşqçi postunu tərk edib.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis yayda “Fulhem”ə rəhbər təyin olunub. Lakin komanda Premyer Liqada mövsümə uğursuz start verib. “Fulhem” çempionatın ilk üç turunun hər birində məğlub olub. London klubu hazırda turnir cədvəlinin son pillələrində qərarlaşıb.
İngiltərədə son saatlarda Arbeloadan və onun “Fulhem”də üzləşdiyi problemlərdən geniş danışılır.
“Kristal Pelas”la derbidəki məğlubiyyətdən sonra “Fulhem” azarkeşlərinin etirazı da diqqət çəkib. Tribunalardan “Bu, cəhənnəm, nə idi belə?” məzmununda şüarlar səsləndirilib.
Lakin Arbeloadan daha çox narahat edə biləcək məqam komandanın futbolçuları ilə bağlı yaranan vəziyyətdir. Britaniya mətbuatının, o cümlədən “The Sun”ın məlumatına görə, bəzi oyunçuların baş məşqçidən narazılığı müşahidə olunur.
Həftəsonu matçında ehtiyatda qalan Kevin sosial şəbəkədə üzərində “Eşitmirəm, danışmıram, görmürəm” yazısı olan müəmmalı görüntü paylaşıb.
Emil Smit-Rou və Aleks İvobi isə sosial media hesablarından “Fulhem”lə bağlı bütün fotoları siliblər.
Kifayət qədər oyun vaxtı əldə edə bilməyən Tete də azarkeşlərdən birinin onun vəziyyəti ilə bağlı sualına cavab verib. Braziliyalı futbolçu “Bu lənətə gəlmiş məşqçi ilə danış” ifadəsini işlədib.
Beləliklə, Alvaro Arbeloanın “Fulhem”də vəziyyəti heç də ürəkaçan deyil. Üstəlik, London klubunu qarşıda Premyer Liqada “Liverpul” və “Mançester Yunayted”lə çətin oyunlar gözləyir.