8 sentyabr 2026. Çərşənbə axşamı

Leon Qoretskanın “Aston Villa”da debütü təxirə düşdü


Leon Qoretskanın “Aston Villa”da debütü təxirə düşdü

“Aston Villa”nın yarımmüdafiəçisi Leon Qoretskanın Birmingem klubunda debütü təxirə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı futbolçu yeni komandasında məşqlər zamanı fiziki yüklənmənin artması səbəbindən zədələnib.

“Orqanizmimin bu qısa fasiləyə çox ehtiyacı var”, – deyə Qoretska bildirib. Onun açıqlamasından zədənin ciddi olmadığı qənaətinə gəlmək olar.

Qeyd edək ki, “Bavariya”nın sabiq futbolçusu ötən yayın sonunda azad agent kimi “Aston Villa”ya keçib. O, hələ Unai Emerinin rəhbərlik etdiyi komandanın heyətində rəsmi oyunda meydana çıxmayıb.

“Aston Villa” Premyer Liqada mövsümə uğursuz başlayıb. Komanda ilk üç turda cəmi 1 xal toplayıb.

Birmingem təmsilçisi həftə ərzində UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək. “Aston Villa” turnirin ilk turunda səfərdə “Brügge” ilə qarşılaşacaq.







İngiltərə P.L.

 “Hər şey məğlubiyyət kimi hiss olunur”
  • İngiltərə P.L.
  • 23:52 06.09.2026
“Hər şey məğlubiyyət kimi hiss olunur”
 “Debütümdən çox məmnunam”
  • İngiltərə P.L.
  • 22:27 06.09.2026
“Debütümdən çox məmnunam”