8 sentyabr 2026. Çərşənbə axşamı

Bruno Fernandeş “Qızıl top”a namizədlər sırasında olacaq


Bruno Fernandeş “Qızıl top”a namizədlər sırasında olacaq

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş “Qızıl top” mükafatına namizədlər sırasında yer alacaq.

-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Sem Si eksklüziv məlumat yayıb. Mükafata 30 namizədin yer alacağı rəsmi siyahı sentyabrın 8-də açıqlanacaq.

Fernandeş ötən mövsüm İngiltərə Premyer Liqasında bir mövsüm ərzində ən çox məhsuldar ötürmə edən futbolçu rekorduna imza atıb. Portuqaliyalı yarımmüdafiəçi çempionatda 21 assistlə yadda qalıb.

“Qırmızı şeytanlar”ın kapitanı ötən mövsüm Premyer Liqada keçirdiyi 35 oyunda 10 qol da vurub.

Fernandeş cari mövsümdə isə 3 oyunda 3 qola imza atıb və bir məhsuldar ötürmə edib.

“Qızıl top” mükafatının təqdimetmə mərasiminin oktyabrın 26-da keçirilməsi planlaşdırılır. Mükafatın hazırkı sahibi PSJ-nin futbolçusu Usman Dembeledir.







İngiltərə P.L.

 “Hər şey məğlubiyyət kimi hiss olunur”
  • İngiltərə P.L.
  • 23:52 06.09.2026
“Hər şey məğlubiyyət kimi hiss olunur”
 “Debütümdən çox məmnunam”
  • İngiltərə P.L.
  • 22:27 06.09.2026
“Debütümdən çox məmnunam”