8 noyabr 2026. Bazar günü

Klopp menyunu bəyənmədi - Mourinyo


Klopp menyunu bəyənmədi - Mourinyo

Joze Mourinyo "Mançester Yunayted"lə bərabərə qalaraq qalibiyyət seriyasını başa çatdıran "Liverpul" haqda danışıb.

Corner.az-ın Britaniya mətbuatına istinadən xəbərinə görə, portuqaliyalı mütəxəssis Premyer Liqanın 9-cu turunda 1:1 hesabı ilə başa çatan sözügedən görüşün "Liverpul"un baş məşqçisi Yürgen Kloppun istədiyi kimi bitmədiyini deyib:

"Klopp menyunu bəyənmədi. O, ət istədi, ancaq balıq ala bildi. "Mançester Yunayted" fərqli üslubda futbol oynadı. Qəbul edirəm ki, "Liverpul" qələbə qazanmadığı üçün sevindim. Çünki 9 matçlıq  qələbə seriyası "Çelsi" ilə mənə aid idi. "Old Trafford" "Liverpul"un qalibiyyəti üçün özəl yerdir, ancaq Klopp bunu heç bacara bilmədi".

Qeyd edək ki, "Liverpul" ölkə çempionatında ilk 8 turda qələbə qazansa da, sonra turda "MY" ilə heç-heçə edərək "Çelsi"nin 9 matçlıq rekordunu qıra bilməyib.(qol)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”