9 sentyabr 2026. Çərşənbə

“Liverpul”un yeni əsas forma sponsoru bəlli oldu


“Liverpul”un yeni əsas forma sponsoru bəlli oldu

“Turkish Airlines” 2027/2028 mövsümündən etibarən İngiltərənin “Liverpul” klubunun əsas forma sponsoru olacaq.

90deqiqe.Az xəbər verir ki, tərəflər arasında 5 illik müqavilə imzalanıb. Razılaşmanın ümumi dəyəri 300 milyon funt sterlinq təşkil edir.

“Turkish Airlines” klub tarixində formasının ön hissəsində yer alan 6-cı əsas sponsor olacaq.

Hazırda “Liverpul”un formasının ön hissəsində “Standard Chartered” şirkətinin loqosu yer alır. Şirkət 2010-cu ildən klubun əsas sponsoru kimi çıxış edir.

“Liverpul”un rəsmi saytının məlumatına görə, “Turkish Airlines”la yeni müqavilə Premyer Liqa tarixində yalnız forma sponsorluğunu əhatə edən ən böyük kommersiya anlaşması olacaq. “Arsenal” və “Mançester Siti”nin müvafiq olaraq “Emirates” və “Etihad Airways” ilə müqavilələrinə isə stadionların ad hüquqları da daxildir.

Qeyd edək ki, “Liverpul” 17 ildən sonra ilk dəfə formasının əsas sponsorunu dəyişəcək.







İngiltərə P.L.

 “Hər şey məğlubiyyət kimi hiss olunur”
  • İngiltərə P.L.
  • 23:52 06.09.2026
“Hər şey məğlubiyyət kimi hiss olunur”
 “Debütümdən çox məmnunam”
  • İngiltərə P.L.
  • 22:27 06.09.2026
“Debütümdən çox məmnunam”