9 sentyabr 2026. Çərşənbə

“Onun gözləməyə vaxtı yoxdur” - Ueyn Runidən Maykl Karriklə bağlı xəbərdarlıq


“Onun gözləməyə vaxtı yoxdur”  - Ueyn Runidən Maykl Karriklə bağlı xəbərdarlıq

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi klubun baş məşqçisi Maykl Karrikin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Runi keçmiş komanda yoldaşının klub rəhbərliyi tərəfindən uzun müddət gözlənilməyəcəyini bildirib.

“Mançester Yunayted”in baş məşqçisi olduğunuz zaman daim təzyiq altında olursunuz. Hazırda Karrikin çox vaxtı yoxdur. O, əlindən gələn hər şeyi etməli, komandaya yeni futbolçular cəlb etməlidir. Çünki altı və ya 12 ay sonra burada oturub ‘Bunu etməliydim’ deyə düşünmək istəməz.

Çempionlar Liqasını qazanmaq istəyirikmi? Əlbəttə, istəyirik. Amma klubun yenidən əvvəlki yüksək səviyyəsinə qayıtmaq üçün keçdiyi prosesə nəzər saldıqda etiraf etməliyik ki, hələ həmin səviyyədə deyilik. “Arsenal” da bu prosesdən keçib. London klubu beş il ərzində bu istiqamətdə çalışdı və biz ildən-ilə irəliləyişin şahidi olduq.

Karrik heyətə cəlb olunan futbolçulardan razı olduğunu söylədi. Lakin düşünmürəm ki, hansısa məşqçi sahib olduğu heyətdən tam razı olsun. Bəzən müəyyən fikirləri səsləndirməli olursan – bütün məşqçilər belə edir.

Amma Karrikin gözləməyə vaxtı yoxdur. O, ‘Bilirsiniz, müdafiə xəttimi qaydaya salmaq üçün daha bir il gözləyəcəyəm’ deyə bilməz. Amerikalı sahiblər uğurun dərhal gəlməsini istəyirlər”, - deyə Runi “Stick to United” podkastında bildirib.

Qeyd edək ki, “Mançester Yunayted” sentyabrın 10-da UEFA Çempionlar Liqasının oyununda “Sabah”la qarşılaşacaq.







İngiltərə P.L.