- İngiltərə P.L.
- 20:46 09.09.2026
“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi komandanın hazırkı heyətini dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Runi hesab edir ki, yeni transferlər “Mançester Yunayted”i hazırda daha yüksək səviyyəyə çıxara biləcək futbolçular deyil.
“Bu futbolçuların hazırda “Mançester Yunayted”i yeni səviyyəyə yüksəldəcəyini göstərən nəsə görmürəm. Mən Brununu (Bruno Fernandeş – red.) bəyənirəm. Hesab edirəm ki, o, möhtəşəm futbolçudur. Yəqin ki, o da düşünür: ‘Xahiş edirəm, mənə kömək edəcək birini gətirin. Mən əlimdən gələni edirəm. Mənə kömək edin’. Düşünmürəm ki, klub transferləri ilə bunu təmin edə bildi.
Biz oturub demirik ki, bu yeni futbolçularla “Mançester Yunayted” Premyer Liqanı qazanmalıdır. Əksinə, görürük və deyirik ki, futbolçuların daha çox dəstəyə ehtiyacı var.
Biz “Mançester Yunayted”ik. Premyer Liqada, Çempionlar Liqasında və digər turnirlərdə çoxsaylı titullar qazanmışıq. Azarkeşlər də bundan sonra hədəflərin məhz bunlar olacağını düşünəcəklər. Amma realist olsaq, hazırda həmin səviyyədə deyilik”, - deyə Runi “Stick to United” podkastında bildirib.
Qeyd edək ki, “qırmızı şeytanlar” yay transfer pəncərəsində Karlos Baleba, Andre Santos və Yuriy Tilemansı heyətinə cəlb edib.
“Mançester Yunayted” Premyer Liqanın ilk üç turunda 4 xal toplayıb.