- İngiltərə P.L.
- 22:08 09.09.2026
“Tottenhem”in yeni transferi Mixaylo Mudriklə bağlı xoşagəlməz hadisə baş verib.
90deqiqe.Az-ın məlumatına görə, ukraynalı vinger London klubuna yeni qoşulmasına baxmayaraq, zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyəcək.
Məlumata görə, futbolçu təxminən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq. Ən yaxşı halda Mudrikin oktyabrın ikinci yarısında bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, Mudrik son iki ildə peşəkar səviyyədə demək olar ki, futbol oynamayıb. O, “Çelsi”də çıxış etdiyi dönəmdə dopinq səbəbilə futboldan uzaqlaşdırılmışdı.
“Tottenhem” Mudriki yay transfer pəncərəsinin son günündə “Çelsi”dən icarəyə götürüb. Ukraynalı futbolçu London klubunun heyətində indiyədək cəmi bir rəsmi matçda meydana çıxıb.