- İngiltərə P.L.
- 02:47 10.09.2026
“Tottenhem”in yarımmüdafiəçisi Dejan Kuluşevski ciddi diz zədəsi səbəbindən 16 aylıq fasilədən sonra rəsmi oyunlara qayıtmağa yaxındır.
-ın məlumatına görə, bu barədə “Goal.com” məlumat yayıb.
İsveçli futbolçu sentyabrın əvvəlində “Tottenhem”in əsas komandası ilə məşqlərə başlayıb. İsveç millisinin baş məşqçisi Qrem Potter futbolçunun “Millətlər Liqası”nın qarşıdakı oyunları üçün heyətə cəlb olunacağına ümid edir. Bununla bağlı qərar Kuluşevski və “Tottenhem”in tibbi heyəti ilə məsləhətləşmələrdən sonra veriləcək.
“Onun qayıdışı yaxındır. Zədənin öhdəsindən necə gəldiyindən çox təsirlənmişəm. Təbii ki, onunla bağlı ehtiyatlı olmalıyıq. Ümid edirəm ki, komandamıza qoşulacaq. Lakin əvvəlcə Dejan və “Tottenhem”lə danışmalıyıq”, - deyə Potter bildirib.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ilin mayından etibarən rəsmi matçlarda iştirak etməyib. 2024/2025 mövsümünün sonunda sağ diz qapağından əməliyyat olunan Kuluşevskinin bərpa prosesi gözləniləndən uzun çəkib. Mart ayında futbolçuya ikinci dəfə əməliyyat olunmaq lazım gəlib.
Uzunmüddətli bərpa prosesi səbəbindən isveçli yarımmüdafiəçi dünya çempionatını da buraxıb.