10 sentyabr 2026. Cümə axşamı

“Bu, bizim üçün çox vacibdir”


“Bu, bizim üçün çox vacibdir”

“Çelsi”nin baş məşqçisi Xabi Alonso Liqa Kubokunun 1/16 finalında “Lids” üzərində qazanılan 6:3 hesablı qələbədən sonra Koul Palmer və Morqan Rocersin tandemindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, “Sky Sports” təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Palmerlə Rocersin tandemi bizim üçün çox vacibdir. Onlar bir-birlərini əla başa düşürlər və bir-birinə assist etməyi sevirlər. Bu, komanda üçün mühüm amildir”

Qeyd edək ki, hər iki futbolçu “Çelsi” üçün uğursuz keçən ilk hissədən sonra fasilədə meydana daxil olub. İkinci hissənin əvvəlində “Lids” hesabı 3:1-ə çatdırsa da, London klubu sonradan 12 dəqiqə ərzində dörd qol vuraraq möhtəşəm geridönüşə imza atıb.

Bu müddətdə Palmer dubl edib, Rocers isə üç məhsuldar ötürmə ilə yadda qalıb.

Əlavə edək ki, “Çelsi”nin heyətində bu görüşdə Denni Uelbek (dubl), Pedro Neto və Valentin Barko da fərqləniblər.







İngiltərə P.L.

“Bu, bizim üçün çox vacibdir”
  • İngiltərə P.L.
  • 02:47 10.09.2026
“Bu, bizim üçün çox vacibdir”
“Çelsi” “Lids”ə aman vermədi
  • İngiltərə P.L.
  • 01:28 10.09.2026
“Çelsi” “Lids”ə aman vermədi
“Tottenhem”in yeni transferi zədələndi
  • İngiltərə P.L.
  • 22:08 09.09.2026
“Tottenhem”in yeni transferi zədələndi