- İngiltərə P.L.
- 23:55 11.09.2026
“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın portuqaliyalı futbolçusu Pedro Neto barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, London klubu 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləni 2032-ci ilin yayına qədər uzadıb. Alonso onun universal futbolçu olduğunu bildirib.
“Pedro mənim üçün vinqerdir. Lakin onu vinqer və ya cinah müdafiəçisi də adlandırmaq olar. Çünki onun çoxlu üstün xüsusiyyətləri var. Hücumda oynaya və müdafiədə də kömək edə bilir. Bir çox işin öhdəsindən gəlir. Birəbir mübarizələrdə yaxşıdır, qol vurur, yüksək işgüzarlığı ilə seçilir və komanda yoldaşları ilə əla anlaşır.
Onun mübarizə aparacağını bilirsiniz və məhz belə futbolçuları komandada görmək istəyirsiniz. Pedronun və gördüyü işin çox yüksək qiymətləndirirəm”, – deyə Alonso klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Qeyd edək ki, Pedro Neto “Çelsi”də 108 oyuna çıxıb. O, bu görüşlərdə 21 qol vurub və 19 məhsuldar ötürmə edib.