12 sentyabr 2026. Şənbə

De Zerbi “Tottenhem”in yeni transferlərinə güvəndiyini açıqladı


De Zerbi “Tottenhem”in yeni transferlərinə güvəndiyini açıqladı

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasının 4-cü turunda “Everton”la keçiriləcək oyun öncəsi mətbuat konfransında danışıb.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis yay transfer pəncərəsində komandaya qoşulan futbolçuların keyfiyyətlərinə güvəndiyini bildirib. O, yeni transferlər arasında yer alan Sandro Tonalini də xüsusi qeyd edib.

“Robertsona, Senesiyə, Mateus Fernandeşə, Tonaliyə, Savioya, Van Hekkəyə və Marmuşa güvənirəm. Onların keyfiyyətlərinə əminəm. Hətta yaxşı oynamasalar belə, onlar barədə fikrimi dəyişməyəcəyəm.

Cəsarətli, enerjili oynayan, oyuna dominantlıq etməyə çalışan və təzyiqə düzgün münasibətlə tab gətirən komanda görmək istəyirəm. Daha yaxşı oynaya bilərik, əlbəttə. Nəticələrdən narazıyıq. Təzyiq? Heç bir təzyiq yoxdur”, – deyə De Zerbi bildirib.

Qeyd edək ki, “Tottenhem” İngiltərə çempionatına uğursuz başlayıb. London klubu ilk 3 turda 2 məğlubiyyət alıb, 1 heç-heçə edib.







İngiltərə P.L.

Emeridən Qarnaço ilə bağlı açıqlama
  • İngiltərə P.L.
  • 23:28 11.09.2026
Emeridən Qarnaço ilə bağlı açıqlama
“Bu, bizim üçün çox vacibdir”
  • İngiltərə P.L.
  • 02:47 10.09.2026
“Bu, bizim üçün çox vacibdir”
“Çelsi” “Lids”ə aman vermədi
  • İngiltərə P.L.
  • 01:28 10.09.2026
“Çelsi” “Lids”ə aman vermədi
“Tottenhem”in yeni transferi zədələndi
  • İngiltərə P.L.
  • 22:08 09.09.2026
“Tottenhem”in yeni transferi zədələndi