- İngiltərə P.L.
- 23:55 11.09.2026
“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasında start heyətində yay transfer pəncərəsində komandaya cəlb olunan 10 futbolçudan yalnız üçünə şans verib. Bunlar Zyon Suzuki, Joau Qomes və Nikolas Ceksondur.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis yeni futbolçuların komandaya uyğunlaşması və kollektivin tam formalaşması üçün zamana ehtiyac olduğunu bildirib.
“Biz eyni anda iki proses üzərində işləyirik. Birincisi, bütün turnirlərdə mübarizə aparmaqdır. Premyer Liqa bizim üçün prioritetdir. Əlimizdə olan heyət və quruluşla mümkün qədər tez lazımi oyun səviyyəsinə çatmalı, bir-birimizi və necə oynamaq istədiyimizi anlamalıyıq”, - deyə Emeri BBC-yə açıqlamasında bildirib.
Baş məşqçi ikinci prosesin isə yeni transferlərin komandaya uyğunlaşdırılması olduğunu vurğulayıb:
“İkinci proses yeni gələn futbolçularla komanda qurmaqdır. Buna nail olmuşuqmu? Hələ yox”.
Qeyd edək ki, “Aston Villa” Premyer Liqada 3 turdan sonra cəmi 1 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.