- İngiltərə P.L.
- 01:01 13.09.2026
İngiltərə Premyer Liqasının 2026/2027-ci illər mövsümündə IV turun növbəti oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, günün qarşılaşmasında “Liverpul” doğma meydanda Londonun “Fulhem” klubunu qəbul edib. “Enfild” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib – komandalar 0:0 hesablı heç-heçə edib.
Matçı Şeffild şəhərindən olan baş hakim Tomas Brammell idarə edib.
Bu nəticədən sonra “Liverpul” 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Fulhem” isə aktivində 1 xalla 17-ci sırada yer alıb.
Premyer Liqanın növbəti turunda “Liverpul” sentyabrın 20-də səfərdə “Bornmut”la qarşılaşacaq. Həmin gün “Fulhem” doğma meydanda “Mançester Yunayted”i qəbul edəcək.