- İngiltərə P.L.
- 01:01 13.09.2026
“Tottenhem” İngiltərə Premyer Liqasının IV turunda “Everton”la qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisi doğma meydanda keçirilən görüşdə rəqibi ilə qolsuz heç-heçə edib – 0:0.
Bununla da “Tottenhem” klub tarixində ilk dəfə İngiltərə çempionatında mövsümün startında keçirdiyi ilk 4 oyunun heç birində qol vura bilməyib. Bu barədə “Squawka” sosial şəbəkə hesabında məlumat yayıb.
“Lilya-ağlar”ın cari Premyer Liqa mövsümündəki qolsuz seriyasına “Brentford”a 0:3, “Nyukasl Yunayted”ə 0:2 hesablı məğlubiyyətlər, həmçinin “Nottingem Forest” (0:0) və “Everton”la (0:0) heç-heçələr daxildir.
“Tottenhem” növbəti turda, sentyabrın 19-da doğma meydanda “Aston Villa”nı qəbul edəcək.
Qeyd edək ki, “Tottenhem Hotspur” hazırda 2 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
London klubu ötən mövsümün yekunlarına əsasən də Premyer Liqada 17-ci yeri tutub.