- İngiltərə P.L.
- 01:01 13.09.2026
“Çelsi”nin baş məşqçisi Xabi Alonso İngiltərə Premyer Liqasının VIII turunda “Hall Siti” ilə keçirilən oyundan sonra mətbuat konfransında iştirak edib.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
İspaniyalı mütəxəssis komandasının çox qol buraxması ilə bağlı suala cavab verib.
Komandanızı izləmək olduqca maraqlıdır. Lakin bu qədər çox qol buraxmağınız sizi nə dərəcədə məyus edir?
Bəli, bəlkə də hər şey maraqlı görünür. Amma ümid edirəm ki, bir gün siz deyəcəksiniz: “Bu, darıxdırıcı oyun idi, amma siz qalib gəldiniz”. Biz belə məqamları rəqibə hədiyyə etməməliyik. Bu oyunda da yol verdiyimiz bəzi səhvlər təkrarlanır. Onları düzəltmək üçün vaxt lazım olacaq.
Qeyd edək ki, bu nəticədən sonra “Çelsi” 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Hall Siti” isə 8 xalla 3-cü sıradadır.