13 sentyabr 2026. Bazar günü

“Qalib gəlmək üçün hücumda daha yaxşı oynamalıyıq”


 “Qalib gəlmək üçün hücumda daha yaxşı oynamalıyıq”

İngiltərə Premyer Liqasının IV turunda “Liverpul” doğma meydanda “Fulhem”lə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Mersisayd təmsilçisi rəqibi ilə qolsuz heç-heçə edib – 0:0.

Matçdan sonra “Liverpul”un baş məşqçisi Andoni İraola qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

“Xüsusilə doğma meydanda heç-heçə etdikdə bundan razı qalmaq olmaz. Bu gün bir qədər təravətimiz çatışmırdı və hücumda hesabda fərq yaratmaq üçün kifayət qədər yaxşı oynaya bilmədik.

Qapımızı toxunulmaz saxlamaq baxımından kifayət qədər yaxşı çıxış etdik. İlk hissədə yavaş oynayırdıq, enerjimiz çatmırdı. Hücumda daha yaxşı oynamalıyıq.

“Atletiko” ilə oyundan üç gün belə keçməmişdi və bir çox futbolçu uyğunlaşmalı oldu. Əvəzetmələrin əksəriyyəti fiziki səbəblərlə bağlı idi – yorğunluq var. Amma mövsüm belədir. Artıq çərşənbə axşamı yenidən meydana çıxacağıq – bu dəfə “Tottenhem”ə qarşı. Biz uyğunlaşmalı və qələbə qazanmağın yollarını tapmalıyıq”, - deyə İraola “BBC Match of the Day”ə açıqlamasında bildirib.

Qeyd edək ki, “Liverpul” Premyer Liqada keçirdiyi 4 oyundan yalnız birində qələbə qazanıb, 3 matçda isə heç-heçə edib.







İngiltərə P.L.

“Liverpul” doğma meydanda xal itirdi
  • İngiltərə P.L.
  • 22:59 12.09.2026
“Liverpul” doğma meydanda xal itirdi
Emeridən Qarnaço ilə bağlı açıqlama
  • İngiltərə P.L.
  • 23:28 11.09.2026
Emeridən Qarnaço ilə bağlı açıqlama