13 sentyabr 2026. Bazar günü

“Arsenal” səfərdə “Sanderlend”ə qalib gəldi


“Arsenal” səfərdə “Sanderlend”ə qalib gəldi

İngiltərə Premyer Liqasının IV turunda “Sanderlend” doğma meydanda “Arsenal”ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Stadium of Light” stadionunda keçirilən qarşılaşma London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissənin əvvəlində “Sanderlend” hesabı açmaq üçün əlverişli imkan əldə edib. 56-cı dəqiqədə Enzo Le Fye penalti zərbəsi yerinə yetirsə də, topu qapıdan keçirə bilməyib.

Bundan cəmi iki dəqiqə sonra “Arsenal” hesabı açıb. Bruno Gimaraeş 58-ci dəqiqədə fərqlənərək komandasını önə keçirib.

Meydan sahiblərinin vəziyyəti 90+6-cı dəqiqədə daha da çətinləşib. Reynildu Mandava ikinci sarı vərəqə alaraq meydandan qovulub.

“Arsenal” isə 90+7-ci dəqiqədə penaltidən yararlanaraq hesabı 2:0-a çatdırıb. Bukayo Saka 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Beləliklə, “Arsenal” 12 xalla turnir cədvəlinin lideridir. “Sanderlend” isə 4 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Premyer Liqanın növbəti turunda “Sanderlend” sentyabrın 20-də səfərdə “Mançester Siti” ilə qarşılaşacaq. “Arsenal” isə sentyabrın 19-da səfərdə “Brayton”un qonağı olacaq.







İngiltərə P.L.

“Liverpul” doğma meydanda xal itirdi
  • İngiltərə P.L.
  • 22:59 12.09.2026
“Liverpul” doğma meydanda xal itirdi
Emeridən Qarnaço ilə bağlı açıqlama
  • İngiltərə P.L.
  • 23:28 11.09.2026
Emeridən Qarnaço ilə bağlı açıqlama