- İngiltərə P.L.
- 01:28 13.09.2026
“Arsenal” İngiltərə Premyer Liqasının növbəti turunda səfərdə “Sanderlend”i 2:0 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın “Squawka”ya istinadən məlumatına görə, London klubunun qələbəsində Bruno Quimarayş və Bukayo Sakanın vurduğu qollar əsas rol oynayıb.
“Arsenal” tarixində cəmi dördüncü dəfə Premyer Liqa mövsümünə ardıcıl dörd qələbə ilə başlayıb.
Buna qədər “topçular” 2003/04, 2004/05 və 2022/23 mövsümlərində ilk dörd matçın hamısında qalib gəlmişdilər.
Maraqlıdır ki, həmin mövsümlərin yalnız birində “Arsenal” çempionluğa sahib çıxıb. Söhbət 2003/04 mövsümündən gedir. Həmin vaxt London təmsilçisi bütün çempionat ərzində məğlubiyyət yaşamadan İngiltərə çempionu olub.
2004/05 və 2022/23 mövsümlərində isə “Arsenal” mövsümü ikinci pillədə başa vurub.
Beləliklə, “topçular”ın hazırkı mövsümə əla başlaması azarkeşlərdə nikbinliyi artırıb. Komandanın bu dəfə də tarix yazıb-yazmayacağı isə mövsümün gedişində bəlli olacaq.