28 oktyabr 2026. Çərşənbə

Bukayo Saka Bekhem və Piresi geridə qoydu


Bukayo Saka Bekhem və Piresi geridə qoydu

“Arsenal”ın vingeri Bukayo Saka İngiltərə Premyer Liqasının 4-cü turunda “Sanderlend” üzərində 2:0 hesablı qələbədə komandasının ikinci qolunu vurub.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu 98-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək matçın yekun hesabını müəyyənləşdirib.

Bu qol Sakanın Premyer Liqada karyerası ərzində 63-cü qolu olub. Bununla da ingiltərəli hücumçu David Bekhem, Robert Pirès və Sten Kollimoru geridə qoyub. Sözügedən futbolçuların hər biri Premyer Liqada 62 qola imza atıb.

“Arsenal” 4 turdan sonra maksimum 12 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.

Mikel Artetanın komandası növbəti matçını sentyabrın 15-də İngiltərə Liqa Kubokunun 3-cü mərhələsində səfərdə “İpsviç”ə qarşı keçirəcək. “Topçular” sentyabrın 19-da isə Premyer Liqada “Brayton”un qonağı olacaq.







İngiltərə P.L.

“Yoro özünü qınamamalıdır”
  • İngiltərə P.L.
  • 22:43 25.10.2026
“Yoro özünü qınamamalıdır”