- İngiltərə P.L.
- 12:22 13.09.2026
“Arsenal”ın yarımmüdafiəçisi Bruno Qimaraynş “Sanderlend” üzərində 2:0 hesablı qələbədən sonra komanda yoldaşı David Rayanın çıxışını yüksək qiymətləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Qimaraynş komanda yoldaşının oyunundan heyran qaldığını bildirib:
“Rayya, şübhəsiz ki, dünyanın ən yaxşı qapıçısıdır. Möhtəşəm seyvlər etdi. Penalti zamanı inanılmaz məqamda bizi xilas etdi və komandaya özünəinam verdi. Möhtəşəm futbolçudur”.
Qeyd edək ki, ispaniyalı qapıçı qarşılaşmanın 56-cı dəqiqəsində penaltini dəf edib. Cəmi iki dəqiqə sonra isə Qimaraynş “Arsenal”ı hesabda önə keçirib.Matçın sonlarına yaxın Raya daha bir vacib seyvlə komandasının üstünlüyünü qorumasına kömək edib. Qarşılaşmanın yekununda Bukayo Saka “topçular”ın ikinci qolunu vuraraq qələbəyə son nöqtəni qoyub.
“Arsenal” 4 turdan sonra 12 xal toplayaraq Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.