- İngiltərə P.L.
- 13:45 13.09.2026
“Arsenal”ın yarımmüdafiəçisi Bruno Qimaraynş Premyer Liqanın 4-cü turunda “Sanderlend” üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi qolundan sonra keçirdiyi hissləri bölüşüb:
“Bu, inanılmaz idi. Özümü əla hiss edirəm. Mövsümün əvvəlində zədələr səbəbindən mənim üçün çətin keçdi. Meydana qayıtdığım və qol vurduğum üçün çox xoşbəxtəm. Bu qol mənim və ailəm üçün çox dəyərli məqamdır. Çox sevinirəm”.
Qimaraynş vurduğu qolun “Sanderlend”ə qarşı xüsusi əhəmiyyət daşıdığını da qeyd edib. Braziliyalı futbolçunun əvvəlki klubu “Nyukasl” “Sanderlend”in prinsipial rəqibidir:
“Gözəl qol alındı. Hamı mənim keçmişimi bilir. “Sanderlend” “Nyukasl”ın prinsipial rəqibidir və mənim həmin klubla gözəl tarixçəm var. Amma indi “Arsenal”da yeni tarix yazıram”.
Qeyd edək ki,braziliyalı futbolçu qarşılaşmanın 58-ci dəqiqəsində uzaq məsafədən baxımlı zərbə ilə hesabı açıb. Bu, onun “Arsenal”ın heyətində ilk qolu olub.
Bruno Qimaraynşın “Arsenal”a transferi London klubuna 87,5 milyon avroya başa gəlib.