- İngiltərə P.L.
- 02:02 14.09.2026
“Mançester Siti”nin sabiq hücumçusu Mario Balotelli İngiltərə Premyer Liqasının IV turunda komandanın “Mançester Yunayted” üzərində qazandığı qələbəyə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, Balotelli qarşılaşmadan sonra sosial şəbəkə hesabında “Mançester həmişə mavi olacaq” paylaşımını edib. İtaliyalı keçmiş futbolçu paylaşımına “Mançester Yunayted”in sabiq müdafiəçisi Nemanya Vidiçlə birlikdə çəkdirdiyi fotonu da əlavə edib.
Qeyd edək ki, “şəhərlilər” Mançester derbisində rəqibini səfərdə 1:0 hesabı ilə məğlub ediblər.
“Mançester Siti”yə qələbə qazandıran yeganə qolu 60-cı dəqiqədə Erlinq Holann vurub. Qeyd edək ki, “şəhərlilər” 23-cü dəqiqədən etibarən Fil Fodenin qırmızı vərəqə alması səbəbindən azlıqda mübarizə aparıblar.
Xatırladaq ki, Balotelli 2010-cu ilin yayından 2013-cü ilin yanvarına qədər “Mançester Siti”nin formasını geyinib.
Hazırda 36 yaşlı hücumçu Birləşmiş Ərəb Əmirliklərinin ikinci liqasında çıxış edən Dubayın “Əl-İttifaq” klubunda oynayır.