- İngiltərə P.L.
- 23:28 14.09.2026
“Tottenhem”in hücumçusu Riçarlison İngiltərə Liqa Kubokunun III turunda “Liverpul”a qarşı keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilməyəcək.
90deqiqe.Az-ın məlumatına görə, braziliyalı futbolçunun Premyer Liqa matçları üçün qeydiyyatdan keçirilməməsinə baxmayaraq, Liqa Kubokunda meydana çıxmaq hüququ var. Lakin baş məşqçi Roberto De Zerbi onun qarşılaşmada iştirak etməyəcəyini açıqlayıb.
İtaliyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında Rişarlisonun komandadakı vəziyyətinə də münasibət bildirib.
“Son 45 gündə baş verənləri bilirəm. Hər şeyi izah etməyim düzgün olmazdı. Bu, mənim xarakterimə və münasibətlərimə uyğun deyil. Problem futbolçu ilə klub arasındadır. Mən klubun tərəfindəyəm. Məşqçi və klub birlikdədir”
Baş məşqçi mövsümün əvvəlində Rişarlisonu komandada qalmağa razı salmağa çalışdığını da qeyd edib:
“Bu mövsümün əvvəlində onun qalması üçün dəfələrlə danışdım. Lakin o, qalmaq istəmədi. Mən hər gün onun qalması üçün dua edə bilmərəm”.
De Zerbi hücum xəttindəki alternativlərdən danışarkən Dominik Solankenin adını xüsusi qeyd edib.
“Solanke yaxşı futbolçudur. O, fiziki durumunu yaxşılaşdırmalı və pozitiv düşüncəni qoruyub saxlamalıdır. Çünki komandamız üçün çoxlu qol vura bilər”, – deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, “Tottenhem” – “Liverpul” qarşılaşması sentyabrın 15-də keçiriləcək.