- İngiltərə P.L.
- 23:28 14.09.2026
“Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqz komandanın yarımmüdafiəçisi Kobbi Maynunun çıxışı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, uelsli əfsanəvi futbolçu 20 yaşlı yarımmüdafiəçinin “Mançester Siti” ilə derbidəki oyununu yüksək qiymətləndirib.
“Burada söhbət sürətdən yox, sürətlənmədən gedir. O, çox sürətli deyil, amma sürətlənməsi yaxşıdır və fiziki cəhətdən güclüdür. O, çox, çox yaxşı futbolçudur. Hələ gəncdir, öyrənir və bunu birbaşa oyunlar zamanı etməli olur”, – deyə Giqqz Rio Ferdinandın “YouTube” kanalında bildirib.
Sabiq futbolçu Maynunun meydanı görmə qabiliyyətini “Mançester Yunayted”in digər əfsanəsi Pol Skoulzun oyun üslubu ilə müqayisə edib.
Giqqzin fikrincə, Maynu driblinq və qısa ötürmələrdəki üstünlüklərini qorumaqla yanaşı, uzun ötürmələri də oyununa əlavə edə bilər.
Qeyd edək ki, Maynu “Mançester Yunayted”in 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada 90 dəqiqə meydanda olub.