15 sentyabr 2026. Çərşənbə axşamı

Haaland “Mançester Yunayted”lə oyundakı qolundan danışdı


Haaland “Mançester Yunayted”lə oyundakı qolundan danışdı

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə çempionatının 2026/27 mövsümünün IV turunda “Mançester Yunayted”ə qarşı keçirilən matçda (1:0) vurduğu qolla bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, norveçli futbolçu oyunda yeganə qolu ələ keçirsə də, epizod zamanı əvvəlcə ofsaydda olduğu düşünülüb.

“Mən düşündüm ki, bəlkə kimsə topa yüngülcə toxunub. Çünki adətən ofsaydda olmuram. Buna görə də Maykl Oliverin mənim ofsaydda olduğumu düşündüyünü bir qədər şəxsi qəbul etdim. Lakin məşqçiyə baxdım və o, mənə baş barmağını göstərdi. O zaman başa düşdüm ki, qol qeydə alınacaq və artıq onu qeyd etməyə hazırlaşırdım.

Futbol matçlarında qalib gəlmək həmişə xoşdur və mən bunu heç vaxt adi hal kimi qəbul etmirəm. Amma “Old Trafford”da 10 nəfərlə oynayaraq qələbə qazanmaq xüsusilə xoşdur. Bu, çox çətin tapşırıqdır. Ona görə də qələbə bizim üçün daha əlamətdardır”, – deyə Haaland matçdan sonra “Sky Sports”a açıqlamasında bildirib.

Qeyd edək ki, daha sonra Premyer Liqanın hakimlər assosiasiyası “Pro Ref” Haalandın qolu ilə bağlı epizodda səhvə yol verildiyini etiraf edib.

Təşkilat məsələni düzgün qiymətləndirmədiyini etiraf etmək üçün həmin axşam “Mançester Yunayted”lə əlaqə saxladığını açıqlayıb. Həmçinin insidentlə bağlı daxili araşdırmanın aparılacağı bildirilib.







İngiltərə P.L.

“İndi yeni tarix yazıram”
  • İngiltərə P.L.
  • 13:45 13.09.2026
“İndi yeni tarix yazıram”