16 sentyabr 2026. Çərşənbə

“Arsenal” “İpsviç”i məğlub edərək növbəti mərhələyə yüksəldi


“Arsenal” “İpsviç”i məğlub edərək növbəti mərhələyə yüksəldi

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində növbəti qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “İpsviç” doğma meydanda “Arsenal”ı qəbul edib. Görüş London təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərə çempionu artıq 7-ci dəqiqədə hesabı açıb. Maks Doumen Ebereçi Ezenin ötürməsindən sonra dəqiq zərbə ilə fərqlənib. 16-cı dəqiqədə Çukvununso Madueke “Arsenal”ın üstünlüyünü iki topa çatdırıb.

İkinci hissənin əvvəlində Maks Doumen dublunu rəsmiləşdirib. 58-ci dəqiqədə isə Mikel Merino dəqiq zərbə ilə hesabı 4:0 edib.

“İpsviç” 62-ci dəqiqədə Anis Mehmeti ilə qollardan birinin əvəzini çıxıb. Qarşılaşmada son sözü isə Çuba Akpom deyib və görüşün yekun hesabını müəyyənləşdirib.

Beləliklə, “Arsenal” 4:2 hesablı qələbə sayəsində Liqa Kubokunda mübarizəni davam etdirərək növbəti mərhələyə yüksəlib.







İngiltərə P.L.