- İngiltərə P.L.
- 01:19 17.09.2026
İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində “Koventri” doğma meydanda “Aston Villa” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Birmingem təmsilçisi oyunun 7-ci dəqiqəsində hesabı açıb. Tami Abraham Corc Hemminqsin məhsuldar ötürməsindən sonra fərqlənib.
27-ci dəqiqədə Viktor Torp “Koventri”nin bərabərlik qolunu vurub. Lakin “Aston Villa” ilk hissənin sonlarında yenidən önə keçib. 40-cı dəqiqədə Ross Barkli komandasını 2:1 hesabı ilə irəli çıxarıb.
59-cu dəqiqədə Tami Abraham ikinci dəfə fərqlənərək hesabı 3:1 edib.
Qalan dəqiqələrdə “Koventri” fərqi azaltmağa çalışsa da, Unay Emerinin yetirmələri hesabı qoruyaraq növbəti mərhələyə yüksəliblər.