- İngiltərə P.L.
- 01:19 17.09.2026
İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində “Mançester Yunayted” doğma meydanda “Brayton”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, “Old Trafford” stadionunda keçirilən görüşdə meydan sahibləri 2:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıblar.
“Mançester Yunayted” 8-ci dəqiqədə Şi Leysinin qolu ilə hesabı açıb. Bir müddət sonra Meyson Maunt fərqi iki topa çatdırıb. Lakin fasilə ərəfəsində Haralambos Kostulas “Brayton”un fərqi azaltmasına imkan verib.
65-ci dəqiqədə Paskal Qrosun qolu ilə hesab bərabərləşib. 70-ci dəqiqədə Maksim de Kuyper “Brayton”a qələbə qazandıran qolu vurub.
Beləliklə, “Brayton” növbəti mərhələyə yüksəlib, “Mançester Yunayted” isə Liqa Kubokunda mübarizəni başa vurub.