- İngiltərə P.L.
- 23:19 17.09.2026
“Liverpul”un yarımmüdafiəçisi Vataru Endo yanvar transfer pəncərəsində klubu tərk edə bilər.
90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, İngiltərə təmsilçisi 33 yaşlı futbolçu ilə bağlı gələcək təklifləri nəzərdən keçirməyə hazırdır. Klub artıq yarımmüdafiə xəttini gücləndirmək üçün mümkün namizədləri də araşdırır.
Yaponiya millisinin üzvü cari mövsümdə Premyer Liqada heç bir dəqiqə belə meydanda olmayıb. O, çempionatın ilk dörd turunda ehtiyat oyunçular skamyasında qalıb. Endo “Liverpul”un Çempionlar Liqası üçün iştirak ərizəsinə də daxil edilməyib.
Futbolçunun klubla müqaviləsi mövsümün sonuna qədər qüvvədədir. Bu səbəbdən yanvar transfer pəncərəsi “Liverpul”un onun satışından gəlir əldə etməsi üçün son fürsət olacaq.
Mənbənin yazdığına görə, Endonun mümkün gedişindən sonra “Liverpul”un nəzərdən keçirdiyi namizədlərdən biri “Fiorentina”nın yarımmüdafiəçisi Şer Ndurudur.