- İngiltərə P.L.
- 23:56 17.09.2026
“Liverpul”un mərkəz yarımmüdafiəçisi Dominik Soboslai İngiltərə klubundakı gələcəyi barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu komandasına uzun müddət xidmət etmək istədiyini bildirib.
“İnsanlar üçün nümunə ola bildiyimə görə şadam. Burada mümkün qədər uzun müddət qalmaq və komandaya bacardığımız qədər çox qələbə qazanmaqda kömək etmək istəyirəm. Çünki buna qadir olduğumuza inanıram”, – deyə futbolçunun sözlərini “Sky Sports” yayıb.
Qeyd edək ki, Macarıstan millisinin üzvü 2023-cü ilin iyulundan “Liverpul”un formasını geyinir. Macarıstanlı futbolçu Mersisayd təmsilçisinin heyətində 151 oyuna çıxıb, 31 qol vurub və 26 məhsuldar ötürmə edib.
Onun “Liverpul”la müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.