- İngiltərə P.L.
- 23:56 17.09.2026
“Çelsi” klubunda rəhbərlik dəyişikliyi rəsmən açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, Todd Bouli klubdakı payını satıb və nəzarət investisiya şirkəti “Clearlake”ə keçib.Bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, yeni rəhbərliyin qarşısında duran əsas strateji məsələlərdən biri klubun ev oyunlarını keçirdiyi “Stemford Bric” stadionunun gələcəyidir.
Kluba yaxın mənbələrin bildirdiyinə görə, arenanın mərhələli şəkildə yenidən qurulması variantı demək olar ki, gündəmdən çıxarılıb. Bu variant məqsədəuyğun hesab edilmir.
Hazırda iki əsas variant nəzərdən keçirilir. Bunlardan biri “Stemford Bric”in sökülərək yerində yeni stadionun inşa olunması, digəri isə klubun tamamilə başqa əraziyə köçməsidir. Ən real variantlardan biri kimi Erls-Kort ərazisi göstərilir.
“Çelsi” rəhbərliyi hesab edir ki, Erls-Kortda yeni stadion layihəsinin reallaşdırılması üçün kifayət qədər ərazi var.
Bununla belə, klub rəhbərliyi hələ yekun qərar verməyib. “Stemford Bric”in sökülərək yeni arenanın tikilməsi variantı seçilərsə, “Çelsi”nin 7-8 il ərzində ev oyunlarını “Uembli” stadionunda keçirməsi lazım gələcək.
“Clearlake”də isə ən sürətli deyil, klub üçün uzunmüddətli perspektivdə ən uyğun variantın seçilməsinə üstünlük verirlər.