18 sentyabr 2026. Cümə

“Uotford”un futbolçusuna avtomobil idarə etmək qadağan oluna bilər


“Uotford”un futbolçusuna avtomobil idarə etmək qadağan oluna bilər

“Uotford”un hücumçusu Maykl Antonio avtomobilinin sürücüsü barədə məlumat verməməkdə təqsirli bilinib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Hadisə üç il əvvəl Londonda baş verib. Futbolçuya məxsus “Lamborghini” ehtiyatsız idarə olunub. Avtomobilin rəsmi sahibi Antonio olduğu üçün polis ondan həmin vaxt sükan arxasında kimin olduğunu bildirməsini tələb edib. Lakin futbolçu sorğuya cavab verməyib.

Məhkəmədə Antonio araşdırmadan yalnız bu ilin fevralında xəbər tutduğunu bildirib.

“Şoka düşmüşdüm. Etmədiyim bir işdə məni necə ittiham edə bilərlər?” - deyə futbolçu bildirib.

Antonio həmin günlərdə əmisi oğlunun “Lamborghini”ni icarəyə vermək üçün təşkilatçılıq etdiyini söyləyib.

Futbolçunun müdafiəsi polisin göndərdiyi məktubun onun yaşadığı ünvana çatmadığını iddia edib. Lakin hakim məktubun ünvana çatdırıldığına şübhəsinin olmadığını bildirib.

Qeyd edək ki, Antonionun artıq 6 cərimə balı var. O, 2025-ci ilin iyulunda sığortasız avtomobil idarə etdiyinə görə cəzalandırılıb.

Yeni pozuntu səbəbindən futbolçunun cərimə ballarının toplanması qaydalarına uyğun olaraq avtomobil idarə etməsinə avtomatik qadağa qoyulacağı gözlənilir.







İngiltərə P.L.

“Ciddi sınaq olacaq”
  • İngiltərə P.L.
  • 23:09 17.09.2026
“Ciddi sınaq olacaq”