6 oktyabr 2026. Çərşənbə axşamı

Liqa Kubokunda 1/8 final cütləri bəlli oldu


Liqa Kubokunda 1/8 final cütləri bəlli oldu

“Mançester Siti”nin İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində “Norviç”i 5:0 hesabı ilə məğlub etməsindən sonra növbəti mərhələnin bütün cütləri müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, 1/8 final mərhələsində komandalar aşağıdakı kimi üz-üzə gələcəklər:

  • “Flitvud” (D4) – “Arsenal” (D1)
  • “Mançester Siti” (D1) – “Brayton” (D1)
  • “Everton” (D1) – “Nyukasl” (D1)
  • “Sanderlend” (D1) – “Brentford” (D1)
  • “Liverpul” (D1) – “Çelsi” (D1)
  • “Bredford” (D3) – “Piterboro” (D3)
  • “Fulhem” (D1) – “Kristal Pelas” (D1)
  • “Bornmut” (D1) – “Aston Villa” (D1)

Qeyd edək ki, 1/8 final qarşılaşmaları oktyabrın 26-dan tez keçirilməyəcək.

Hazırda turnirin qalibi “Mançester Siti”dir. Mançester təmsilçisi son finalda “Arsenal”ı məğlub edərək kuboka sahib çıxıb. Həmin görüşdə Niko O’Rayli dubl edib.







İngiltərə P.L.

İngiltərə millisində daha bir itki
  • İngiltərə P.L.
  • 23:44 01.10.2026
İngiltərə millisində daha bir itki