19 sentyabr 2026. Şənbə

Karrik “Mançester Yunayted”də problemlərin həlli barədə danışdı


Karrik “Mançester Yunayted”də problemlərin həlli barədə danışdı

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandanın son nəticələrinə görə məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, ingiltərəli mütəxəssis günahkar axtarmaqdansa, problemlərin həllinə fokuslanmağın vacibliyini vurğulayıb.

“Məhz buna görə buradayam. Bu, mənim məsuliyyətimdir və bundan narahat deyiləm. Söhbət günahkar axtarmaqdan getmir. Biz həmişə diqqət yetirməli olduğumuz məqamları müəyyənləşdirməyə çalışırıq. Bəzən isə bu, həddindən artıq olur”

Baş məşqçi məsuliyyətdən qaçmadığını və komandanın qarşısına qoyduğu hədəfə mümkün qədər tez çatmaq istədiyini qeyd edib:

“Məni günahlandıra bilərsiniz, heç bir problem yoxdur, məsuliyyəti üzərimə götürəcəyəm. Amma məsələ kimisə günahlandırmaqda deyil. Həll yolları tapmaq lazımdır. Bu, hamımızın birgə işidir. Hər şey diqqətinizi nəyə yönəltdiyinizdən asılıdır. Məsuliyyəti tam üzərimə götürməyə hazıram. Bu, məni narahat etmir. Hara getmək istədiyimizi bilirəm və ora mümkün qədər tez çatmaq istəyirik”.

Qeyd edək ki, “Mançester Yunayted” sentyabrın 20-də İngiltərə Premyer Liqasının 5-ci turunda səfərdə “Fulhem”lə qarşılaşacaq.







İngiltərə P.L.

Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi
  • İngiltərə P.L.
  • 00:19 19.09.2026
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi
Liqa Kubokunda 1/8 final cütləri bəlli oldu
  • İngiltərə P.L.
  • 01:08 18.09.2026
Liqa Kubokunda 1/8 final cütləri bəlli oldu
“Ciddi sınaq olacaq”
  • İngiltərə P.L.
  • 23:09 17.09.2026
“Ciddi sınaq olacaq”