3 noyabr 2026. Çərşənbə axşamı

Kalafyori Havertsin makaron seçiminə təəccübləndi


Kalafyori Havertsin makaron seçiminə təəccübləndi

“Arsenal”ın müdafiəçisi Rikkardo Kalafyori komanda yoldaşı Kay Havertsin makaronuna ketçup əlavə etməsinə sərt reaksiya verib.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı futbolçu sosial şəbəkədə klubun bazasındakı yeməkxanadan qısa video paylaşıb.

Kadrlarda boşqabda bolonez souslu spagetti görünür. Kalafyori komanda yoldaşının yeməyə ketçup əlavə etdiyini görəndə az qala dəhşətə gəlib. Daha sonra həmin şəxsin Kay Haverts olduğu məlum olub və almaniyalı futbolçu videoda görüntülənib.

“Makaronun üzərinə ketçup”, - deyə Kalafyori videoya yazıb və kədərli emoji əlavə edib.

Videonu müzakirə edən azarkeşlərdən biri qeyd edib ki, italyanlar ölkələrinin əsas yeməklərinə çox ciddi yanaşırlar. Bu səbəbdən Kalafyorinin reaksiyasını başa düşmək mümkündür.







İngiltərə P.L.

“Bütün gücümüzü ortaya qoymalıyıq”
  • İngiltərə P.L.
  • 19:26 01.11.2026
“Bütün gücümüzü ortaya qoymalıyıq”
“Bu klubda hər şey xoşuma gəlir”
  • İngiltərə P.L.
  • 16:05 01.11.2026
“Bu klubda hər şey xoşuma gəlir”