- İngiltərə P.L.
- 00:57 19.09.2026
“Arsenal”ın hücumçusu Kay Haverts baş məşqçi Mikel Artetanın onun futbolçu kimi inkişafına təsirindən danışıb.
90deqiqe.Az xəbər verir ki, 27 yaşlı almaniyalı forvard məşqçinin ona müdafiə baxımından da böyük təsir göstərdiyini bildirib.
“Əvvəllər ikili mübarizəni uduzanda buna görə məyus olmurdum. Şübhəsiz ki, Mikel məni futbolçu kimi dəyişdi. İndi müdafiə öhdəliklərini yerinə yetirməyin, duellərdə qalib gəlməyin nə qədər vacib olduğunu bilirəm. Məşqçi mənə çox təsir edib”, - deyə Haverts “DailyAFC”yə bildirib.
Qeyd edək ki, Kay Haverts 2023-cü ilin yayında 75 milyon avro qarşılığında “Çelsi”dən “Arsenal”a transfer olunub. O, London klubunun heyətində ümumilikdə 117 oyuna çıxıb, 39 qol vurub və 18 məhsuldar ötürmə edib.