19 sentyabr 2026. Şənbə

Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi


Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi

“Mançester Yunayted” və İngiltərə millisinin əfsanəsi Ueyn Runi BBC telekanalının yeni futbol viktorinasının aparıcısı olacaq.

90deqiqe.Az-ın məlumatına görə, “Can You Beat Wayne Rooney?” adlı layihə keçmiş futbolçunun iştirakı ilə yeni formatda təqdim ediləcək.

Son bir ildə Runi bir sıra televiziya proqramlarında ekspert və analitik kimi çıxış edib. Lakin yeni layihə əvvəlkilərdən formatına görə fərqlənəcək. O, bu dəfə oyunları təhlil etmək əvəzinə viktorinanın əsas iştirakçısı olacaq və tanınmış qonaqlar onun futbol biliyini və yaddaşını sınayacaqlar.

“Bir sual səni bir anda paltardəyişmə otağına, hansısa oyuna və ya illərdir xatırlamadığın bir ana qaytara bilər. Çoxlu maraqlı qonaqlarımız, gülməli anlarımız və gözəl futbol söhbətlərimiz olacaq”, - deyə Runi bildirib.

Qeyd edək ki, verilişin aparıcılığında Runi ilə komediya ustası Aleks Bruker əməkdaşlıq edəcək.







İngiltərə P.L.

“Brentford” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 00:57 19.09.2026
“Brentford” “Çelsi”ni darmadağın etdi
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi
  • İngiltərə P.L.
  • 00:19 19.09.2026
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi
Liqa Kubokunda 1/8 final cütləri bəlli oldu
  • İngiltərə P.L.
  • 01:08 18.09.2026
Liqa Kubokunda 1/8 final cütləri bəlli oldu