20 sentyabr 2026. Bazar günü

“Mançester Yunayted” “Fulhem”lə heç-heçə etdi


“Mançester Yunayted” “Fulhem”lə heç-heçə etdi

İngiltərə Premyer Liqasının V turunda “Fulhem” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

İlk hissədə komandalar fərqlənə bilməyiblər. Tərəflər yaradılan qol imkanlarından yararlana bilməyib və fasiləyə 0:0 hesabı ilə yollanıblar.

İkinci hissədə isə qollar gəlib. 63-cü dəqiqədə “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines topu öz qapısına göndərib. Bununla da “Fulhem” hesabda önə keçib – 1:0.

Lakin “Mançester Yunayted” dörd dəqiqə sonra hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Mateus Kunha Patrik Dorgunun ötürməsini dəqiq tamamlayıb – 1:1.

Qalan dəqiqələrdə komandalar hesabı dəyişə bilməyiblər və görüş heç-heçə başa çatıb.

Beləliklə, “Fulhem” və “Mançester Yunayted” hərəyə bir xal qazanıblar.







İngiltərə P.L.

“Brentford” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 00:57 19.09.2026
“Brentford” “Çelsi”ni darmadağın etdi
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi
  • İngiltərə P.L.
  • 00:19 19.09.2026
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi