20 sentyabr 2026. Bazar günü

“Liverpul” səfərdə minimal hesabla qalib gəldi


“Liverpul” səfərdə minimal hesabla qalib gəldi

İngiltərə Premyer Liqasının V turunda “Liverpul” səfərdə “Bornmut”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Vitaliti” stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə komandalar ehtiyatlı oyun nümayiş etdiriblər. Tərəflərdən heç biri fərqlənə bilməyib və fasiləyə 0:0 hesabı ilə yollanıblar.

İkinci hissədə hesab açılıb. 57-ci dəqiqədə Aleksandr İsak “Liverpul”u önə keçirib. İsveçli hücumçu topu sakit şəkildə uzaq küncə göndərərək komandasına üstünlük qazandırıb.

Matçın sonlarına yaxın “Bornmut” hesabı bərabərləşdirmək üçün təzyiqi artırıb. Lakin “Liverpul” müdafiədə inamlı oynayaraq minimal üstünlüyünü final fitinə qədər qoruyub.

Beləliklə, “Liverpul” “Bornmut” səfərindən 1:0 hesablı qələbə ilə ayrılıb.







İngiltərə P.L.

“Brentford” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 00:57 19.09.2026
“Brentford” “Çelsi”ni darmadağın etdi
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi
  • İngiltərə P.L.
  • 00:19 19.09.2026
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi